Dərc edilib: 29-04-2018

https://www.nuh.az/15806-.html

Yanan binaya görə su ittihamı - “Azərsu” məsələyə aydınlıq gətirdi

29.04.2018 11:51:01

İqtisadiyyat

“Bakıda 32 mərtəbəli binada baş verən yanğın zamanı “Azərsu” ASC ərazini fasiləsiz su ilə təmin edib. Binanın yerləşdiyi ərazi 24 saat fasiləsiz su alan ərazidir və bu gün də belə olub”.

Bunu “Qafqazinfo”ya açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu gün Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın zamanı su qıtlığının yaşanması ilə bağlı səslənən itttihamlara münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, təmsil etdiyi qurum bu gün ərazini su ilə fasiləsiz təmin edib:
“Həmin ərazidə “Azərsu” ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olublar. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib.

Bildirmək istəyirəm ki, hətta binanın işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yanğın başlayan vaxtı binanın ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. “Azərsu” ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədədirlər və onların verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib