Dərc edilib: 30-04-2018

https://www.nuh.az/15822-.html

Nazir fermer və sahibkarların şikayətlərini dinlədi - Fotolar

30.04.2018 23:31:57

Hadisə

Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.
 
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir əvvəlcə “Aqrolizinq” ASC-nin əməkdaşlarının iş şəraiti ilə tanış olub. İş prosesində əməkdaşların qarşılaşdıqları  bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.
 
“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov Cəmiyyətin fəaliyyətinin bütün istiqamətləri, o cümlədən Avtomatlaş- dırılmış İnformasiya Sistemi (AİS) və göstərilən xidmətin elektronlaş- dırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.
 
Nazir daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb. İstifadəçiləri dinləyən nazir onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb.
 
Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib