Dərc edilib: 01-05-2018

https://www.nuh.az/15828-.html

“O vaxt hamını MTN-lə qorxudurdular”

01.05.2018 14:28:56

Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.   

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə təqsirləndirilən M. Abbasov ifadə verib. O deyib ki, istintaqda S.Əliyevlə üzləşmək istəsə də, müstəntiq etməyib: "Rəna xaricə qaçmışdı, mən onunla üzləşmək istədim, etmədilər. Bircə Hikmətlə üzləşmişəm, o da əli qandallı gəlmişdi. Mən dedim Hikmət nə deyibsə odu. Çingiz İbadov və Rasim Hüseynovla da üzləşmək istədim, etmədilər. Hamısı xaricə qaçırılıb".

M.Abbasov masaj salonu epizodu üzrə də danışıb: "Mən qəzet redaktoruyam, materiallar mənə göndərilib. Turalla Şahinlə tanışam, çörək yemişik. Pul istəsəydim onlardan alardım. Masaj salonunda çəkiliş etməmişəm, çəkilişdə iştirak da etməmişəm. Sadəcə çəkiliş olunub, o materiallar mənə verilib. Bu gün o salon fəaliyyət göstərmir.  Həmin adamların çəkiliş etməkdə məqsədləri o idi ki, jurnalistlərin ayağı oradan çəkilsin. 10-a yaxın jurnalist ora gedib yeyib içib pul vermirdilər". 

M. Abbasov zərərçəkmiş Rasim Hüseynova kömək etdiyini, amma pul almadığını deyib: "Rasim mənə zəng edib dedi jurnalistlər 100 min pulunu alıblar. O, Yevlaxda işləyir, Bakıda onunla görüşdüm. Dedim day pulsuz vaxtı mənim yanıma niyə gəlmisən? Məndən kömək istədi, adını çəkdiyi jurnalistlərin hamısını da tanıdım. Dedi yanımda saxladığım  "medsestra"ya saxta diplom almışam. Sənədə baxan kimi saxta olduğunu bildim, çünki biz də hazırlayırdıq ondan. Diplomun "kopya"sını götürdüm, dedim sizin icra başçısı ilə dostam. İcrada bir adama zəng etdim, dedim Rasimə zəng etsəniz siz MTN-ə cavab verəcəksiz. O vaxt hamını MTN ilə qorxudurdular. Diplomun "kopya"sını da saxladım ki, Rasim məndən çəkinsin. Sonra deməsin ki, Rasimə pul vermişəm. Onda mən də deyəcəkdim sənin məndə saxta diplomun var. Son günə kimi də Rasim məndən çəkinirdi. 6 ay sonra Rasimi Gəncəyə "perevod" etdilər. Sonra bir dostum da Rasimdən yazmışdı, mənə zəng etdi. Dedim borcunu ver, həll edim. O da vermədi, hələ də borcludur. Həm də o jurnalistlər böyük iş görürdülər, mənim o işi həll etməyə gücüm çatmazdı. İstintaqda isə müstəntiq dedi yaz 2500 almışam, mən də yazdım". 

M. Abbasov bütün epizodlar üzrə özünü təqsirli bilmədiyini deyib: "Biz istintaqda istənilən ifadəyə qol çəkirdik ki, oradan çıxaq. Çünki burdakı kimi sərbəstlik yox idi. İndi də bunun izahını veririk. İstintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Heç kimi hədələməmişəm, mətbuatda rüsvay edəcəyimi deməmişəm. 

Daha sonra məhkəmə istintaqı tamamlanıb, proses mayın 3-də davam etdiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib