Dərc edilib: 01-05-2018

https://www.nuh.az/15831-.html

400 minlik toyu olan məmur qızı veriliş aparacaq

01.05.2018 17:01:43

Maqazin

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova "Space TV"də veriliş aparacaq.

kult.az  xəbər verir ki, A.Şükürova bu barədə şəxsi "Instagram" səhifəsində qeyd edib. O bildirib ki, aparıcısı olacağı "Mənim evim” adlı layihə 1 saat olmaqla həftə içi 5 gün yayımlanacaq. 5 qadın və onları qiymətləndirəcək münsif (qayınana və digər şəxs) heyətindən ibarət əyləncəli yarışma proqramında xanımlar bacarığını, evinə və qonağa göstərdiyi diqqəti nümayiş etdirəcək. Qalibə isə bir həftəlik Türkiyə səyahəti hədiyyə olunacaq. Qeyd edək ki, hazırda layihə üçün seçim turu aparılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib