Dərc edilib: 02-05-2018

https://www.nuh.az/15836-.html

İlham Əliyev bu qurumun səlahiyyətini artırdı

02.05.2018 11:21:08

Siyasət

Prezident İlham Əliyev "Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqan kimi müəyyən edilib.
Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib