Dərc edilib: 02-05-2018

https://www.nuh.az/15838-.html

Azərbaycanda 45 dərəcə isti gözlənilir

02.05.2018 14:27:26

İdman

"Rusiyalı sinoptiklər ölkə ərazisindaə anomal istilərin olacağını açıqlayıblar. Rusiyanın mərkəzi hissəsində artıq rekord qeydə alınıb. Təbii ki, Rusiyadakı hava dəyişikliyi bizim regiona da təsir edəcək". 

Bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov deyib.
"Ekoloqların hesablamalarına görə, cari ilin yayında Azərbaycanda isti hava müşahidə ediləcək. Havanın temperaturu yüksək olacaq. Biz Hindistanda baş verən və insan tələfatına səbəb olan anomal istiləri xatırlayırıq. Düşünürəm ki, ölkəmizdə anomal isti hava şəraiti bu səviyyəyə çatmayacaq, ancaq Azərbaycanda 42-45 dərəcə isti gözləyirik”, - ekoloq qeyd edib. 
Zeynalovun sözlərinə görə, ölkə üzrə rekord hava göstəriciləri Azərbaycanın Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarında müşahidə edilə bilər. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib