Dərc edilib: 02-05-2018

https://www.nuh.az/15839-.html

Goranboyda görünməmiş saxtakarlıq: vətəndaşlar "işləyir", maaşı icra başçısı alır (FOTOLAR)

02.05.2018 14:54:31

Kriminal
Mətbuatda barəsində ən çox neqativ xəbərlər yazılan rayonlardan biri Goranboydur. Məmur özbaşınalığı, icra başçısı Nizaməddin Quliyevin qanundankənar əməlləri barədə az qala hər gün yeni xəbərlər çıxır. Lakin başçı və digər məmurlar nəinki yazılanlardan dərs çıxartmır, əksinə qanunsuz əməllərinin sayını günü-gündən artırırlar.
Bu gün Qaynarinfo-ya Goranboyla bağlı daha bir məlumat daxil olub. Bu dəfəki informasiya rayon Məşğulluq Mərkəzində baş verən saxtakarlıqlarla bağlıdır.
Redaksiyamıza konkret faktlar təqdim edən mənbə bildirir ki, Məşğulluq Mərkəzinə təqdim edilən iş yerləri çox sayda vətəndaşın adına rəsmiləşdirib. Mənbənin sözlərinə görə, bu qanunsuzluqlar birbaşa Nizaməddin Quliyev və mərkəzin direktoru Nicat Məmmədov tərəfindən aparılır. Adlarına iş yerləri rəsmiləşdirilmiş vətəndaşların əksəriyyəti bu işdən xəbərsizdir, onların maaş kartları başçı və adamlarının əlindədir. Hər ay maaşlar alınır və bu şəxslər tərəfindən bölüşdürülür.
Faktları redaksiyamıza təqdim edən mənbə aşağıdakı siyahıda adı göstərilən şəxslərdən çox az hissəsinin - təxminən 30-40 nəfərinin normal şəkildə işlə təmin olunduğunu bildirir. Böyük əksəriyyət isə Nizaməddin Quliyevlə Nicat Məmmədovun cibinə "işləyir".
Mənbəmiz Nizaməddin Quliyevin qara işlərini idarə edən şəxsin də adını açıqlayıb. Onun sözlərinə görə, bütün bunlara heç bir rəsmi vəzifəsi olmayan Yalçın Qarayev başçılıq edir. O, başçının sağ əli hesab olunur və qara işlərinin idarəçisidir.
Aydın

NUH informasiya agentliyi səhifəsindən çap edilib