Dərc edilib: 02-05-2018

https://www.nuh.az/15842-.html

Prezident yol tikintisinə 8 milyon manat ayırdı

02.05.2018 18:24:26

Siyasət

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı 8 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli-Pərioğlular-Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib