Dərc edilib: 03-05-2018

https://www.nuh.az/15849-.html

BECAN QASIMOV-75

03.05.2018 13:37:39

Mədəniyyət

Aprelin 28-də Beynəlxalq Mətbuat Mərkəzində Becan Qasımovun 75 illik yubileyi münasibəti ilə işıq üzü görmüş Niftalı Göyçəlinin “Becan Qasımov-Göyçə xatirələri” adlı yazdığı kitabın təqdimat mərasimi keçirilib.

 

 Təqdimat mərasimində cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri – ölkənin tanınmış alimləri,  millət vəkilləri, media mənsubları iştirak edib və yubilyar haqqında öz ürək sözlərini söyləyiblər. Kitabda Göyçə kimi böyük bir mahalın el ağsaqqalı olan Becan Qasımovun həyatı iə bağlı məlumat verilib, onun ömür yoluna az da olsa bir işıq salınıb, yubilyarla bağlı acılı-şirinli xatirələr öz əksini tapıbdır.   Göyçə mahalının Nərimanlı kəndində 1943-cü ilin aprelin 28-də dünyaya göz açan Becan müəllim elə uşaqlıqdan istedadlı olub. O, məlahətli səsi ilə həm aşıq, həm də xalq mahnılarını məharətlə ifa edib. Elə bu səbəbdən də sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına verib. İmtahanlardan əla qiymətlər alsa da, ailə vəziyyətinin ağırlığı ilə əlaqədar təhsilini davam etdirə bilməyib.  Amma 1975-ci ildə Özbəkistan Poltexnik İnstitunu bitirib. Ali təhsili olmasına baxmayaraq, fiziki gücünə, etibarlılığına və bir sıra yüksək keyfiyyətlərinə görə uzun müddət rayon rəhbərliyinin sürücüsü işləyib. İşlədiyi müddətdə çox insanlara xeyirxahlıq edib, bir çoxlarına üzləşdikləri problemlərini qaydasına qoymaqda yardımçı olub.     

Şövinist erməni rəhbərləri ilə uzun müddət təmasda olduğundan, onların yerli əhaliyə, türklərə qarşı hansı mövqedə olduqlarını yaxşı bilən Becan Qasımov yeri gələndə qorxmadan, çəkinmədən onların cavabını verib. Elə bu səbəbdən ermənilər Becan Qasıımov olan yerdə milli məsələdən söhbət açmaqdan ehtiyat ediblər. Həmişə ağsaqqallar B.Qasımova qorxamqlıqda, mərdlikdə, səxavətdə babası Qlava Balıya çəkdiyini deyirdilər. Hansı ki, el arasında həm də “Molla Balı” kimi tanınan bu şəxs bir elin, obanın dayağı olub. Dədə Ələsgəri də dostu olan Molla Balını  ustad  qızılvəngli Həcər xanıma yazdığı şeirlərinin birində bu cür vəsf edib:

 

Bilmirsən, ərz edim, olgunan halı,                            

 Onlara möhtacdı Göyçə mahalı, 

 Sənə müştaq oldu bəy Molla Balı, 

 İsgəndər tək ac aslana nə dedin?!

 

B.Qasımov vaxtilə həm də dərin məzmunlu şeirlər də yazıb. Kitabda onun yazdığı və ona həsr olunmuş şeirlər, maraqlı xatirələr də öz əksini tapıb.                                                                         O, 75 baharına qədəm qoysa da, hələ də gənclik təravətini, özünün məlahətli səsini, şuxluğunu bu günədək qoruyub, saxlaya bilib. Daima şuxluğunu, şaxlığını qorumaq arzusu ilə biz də yubilyarı təbrik edirik!

 

 

          

NUH informasiya agentliyi səhifəsindən çap edilib