Dərc edilib: 03-05-2018

https://www.nuh.az/15852-.html

Azərbaycanda siqaretlər bahalaşdı - 15 faiz

03.05.2018 14:34:31

İqtisadiyyat

Dünən axşamdan Azərbaycanda əksər siqaretlərin qiyməti yenidən bahalaşıb. Ümumilikdə, siqaretlərin qiymətində 10-15 faiz artım müşahidə olunur.
unikal.org   xəbər verir ki, "Kent”, "Winiston” və "Senator” markalı siqaretlərin qiyməti qalxıb.
Siqaretlərin yeni və əvvəlki qiymətlərini əks etdirən siyahını təqdim edirik.
— Winston — 2.50 AZN (əvvəlki qiyməti 2.30 AZN)
— Kent (nazik) — 2.70 AZN (əvvəlki qiyməti 2.50 AZN)
— Kent (nazik) — 2.70 AZN (əvvəlki qiyməti 2.50 AZN)
— Kent (kompakt) — 2.70 AZN (əvvəlki qiyməti 2.50 AZN)
— Senator — 1.80 AZN (əvvəlki qiyməti 1.50 AZN)
Satış mərkəzlərindən aparılan araşdırmaya görə, bəziləri sözügedən siqaretləri yeni, bəziləri isə köhnə qiymətlərlə satışlarını həyata keçirirlər. Sözügedən siqaretlərin köhnə qiymətlə satılmasına səbəb isə, anbarda əvvəlki məhsulların qalmasıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib