Dərc edilib: 03-05-2018

https://www.nuh.az/15854-.html

İki general işdən azad edildi

03.05.2018 15:44:27

İdman

Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərilib.

 

Unikal.org  xəbər verir ki,  Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

Sadiq Abduyev sayta açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır: 

"Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib