Dərc edilib: 03-05-2018

https://www.nuh.az/15857-.html

Səlim Müslümov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

03.05.2018 18:59:29

Kriminal

Dövlətin 2 milyard pulunu mənimsəməkdə iddia edilən Səlim Müslümov – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Keçmiş nazir Səlim Müslümovun infarkt keçirməsi ilə bağlı xəbərlər yayılıb.

 faktor.az   bildirir ki, iddiaya görə, dünən axşam saatlarında sabiq nazirin ürəyində problem yaranıb və bundan sonra təcili şəkildə məşhur xəstəxanlardan birinə yerləşdirilib.

Həmin şöbəyə digər xəstələrin girişi dayandırılıb. Müayinə üçün Türkiyədən həkimlər dəvət olunub. Məlumat üçün bildirək ki, Səlim Müslümov 21 aprel tarixində İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib.

Onun 2 milyard manat dəyərində dövlət əmlakını mənimsəməsi ilə bağlı iddialar var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib