Dərc edilib: 04-05-2018

https://www.nuh.az/15865-.html

Parlamentdə şok təklif - “Deputatlar 8000 manat maaş alsın”

04.05.2018 14:04:16

Mədəniyyət

Deputat Qüdrət  Həsənquliyev deputatların maaşların  8000 manata qaldırılmasını təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o Milli Məclisin plenar icalsında deputatların maaşlarının artırılması ilə bağlı dəyişikliyin müzakirəsi zamanı deyib. O qeyd edib ki, indiki 10 faizlik artım yetərli deyil: “Ölkədə iki devalvasiya olub. Deputatlar, hakimlər, Ombudsman  başqa fəaliyyət barədə düşünməməlidir. Başqa ölkələrdə maaşlar çoxdur.  Ona görə də onlar elə maaş almalıdırlar ki, ailələrini dolandıra bilsinlər. Təklif edirəm ki, baş nazir, Milli Məclisin sədri 10000, deputatlar isə ən azı 8000 manat maaş alsınlar”.

Spiker Oqtay  Əsədov isə deputatın təklifləri ilə razılaşmayıb. O qeyd edib ki, indi əmək haqları artırılması nəzərdə tutulan şəxslərlə digər insanların maaşları arasında artımda böyük fərq olmamalıdır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib