Dərc edilib: 04-05-2018

https://www.nuh.az/15870-.html

Ayı onunla selfi çəkmək istəyən sürücünü parçaladı - Video

04.05.2018 15:46:02

Kriminal

Hindistanın Orissa ştatından olan Prabhu Bhatra adlı taksi sürücüsü bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yol kənarında yaralı ayı görən sürücü avtomobildən enərək ona yaxınlaşıb və selfi çəkmək istəyib. Ancaq bu, yırtıcının xoşuna gəlməyib. Ayı Prabhunu parçalamağa başlayıb. Ətrafdakı insanlar sürücünü ayının əlindən almaq istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin anlar isə videokameraya belə əks olunub: 

NUH informasiya agentliyi səhifəsindən çap edilib