Dərc edilib: 04-05-2018

https://www.nuh.az/15874-.html

Qarabağ müharibəsi əlili: “Polis mənə 2 min manat pul təklif edir ki, sus...”

04.05.2018 19:03:48

Hadisə

Qarabağ müharibəsi əlili: “Polis mənə 2 min manat pul təklif edir ki,  sus...”

 

Daşkəsən rayon sakini,  II qrup Qarabağ müharibəsi əlili Hüseynov Firudin Bəhrəm oğlu daxili işlər naziri cənab Ramil Usubova müraciət edib. Müraciəti olduğu kimi dərc edirik.

Cənab nazir !

Mən II qrup Qarabağ müharibəsi əliliyəm. (Ə -n-020669)

2017-ci ilin mart ayının 13-dən 14-ə keçən gecə mən Bakıda  olarkən  oğrular evimə basqın ediblər. Yaxşı ki həyat yoldaşım və  azyaşlı  övladım evdə  olmayıb. Mən hadisədən  xəbər tutan kimi 102-yə zəng edib hadisə ilə bağlı məlumat verdim. Bundan xəbər tutan Daşkəsən RPŞ-dən zəng edib məni  təcili  şöbəyə çağırdılar və oğruların tapılacağına söz verdilər. Lakin xeyli müddət keçməsinə baxmayaraq oğrular tapılmadı. Mən məcbur olub yenidən 102-yə zəng elədim. Bu dəfə məni yenidən polis şöbəsinə çağırdılar. RPŞ-nin müstəntiqi Qabil müəllim mənə dedi ki, sənə 2 min manat pul verək sən bir daha 102-yə zəng edib  şikayət etmə. Mən isə dedim ki, axı nəyə görə şikayət etməyim. Oğrular  mənim ailə üzvlərimi öldürə  bilərdilər. Həm də  siz haradan bilirsiniz ki, mənim evimdən 2 min manat  pul  oğurlanıb. Mən Qabil müəllimdən soruşdum ki, siz  niyə  oğruları tapmaq istəmirsiniz. Mənim razılaşmadığımı görən Qabil müəllim dedi ki, get hara istəyirsən şikayət elə.

Mən  hadisə barədə  Sizin elektron poçtunuza da  müraciət etmişəm.

Cənab nazir!

Sizdən xahiş edirəm mən Qarabağ əlilinə kömək edəsiniz və evimə gecə basqın edən quldurların tapılması üçün göstəriş verəsiniz.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib