Dərc edilib: 18-05-2018

https://www.nuh.az/15912-.html

Mahmud Kaşqari adına mükafat təqdim olundu

18.05.2018 16:08:00

Müsahibə

                   Mahmud Kaşqari adına mükafat təqdim olundu

 

         18 may 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub. Qeyd edək ki, M.Kaşqari medalı Ümumtürk mədəniyyətinə, ədəbiyyatına  xidmətləri olan nüfuzlu şəxslərə verilir.

        Tədbiri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq Mahmud Kaşqari medalının türk dünyasının nüfuzlu  mükafatlarından olduğunu bildirib. O, bu mükafata layiq görülməsindən şərəf duyduğunu bildirib. Sonra T.Kərimli sözü Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Qaraxanoğluna verib.

           E.Qaraxanoğlu Beynəlxalq Fondun mahiyyəti, funksiyası  və vəzifələri barədə qısa məlumat verib. O, adıçəkilən təşkilatın məqsədinin türk dünyası xalqları arasında inteqrasiya və birlik yaratmaq olduğunu deyib. O, vaxtilə Süleyman Dəmirəl, Nursultan Nazarbayev, Oljes Süleymanov kimi nüfuzlu şəxslərin bu mükafata layiq görüldüklərini qeyd edib.

         E.Qaraxanoğlu Azərbaycanın da bir çox tanınmış alim, yazıçı və ictimai xadimlərinin M.Kaşqari medalı ilə təltif olunduğunu bildirib. O, İsa Həbibbəylinin, Abel Məhərrəmovun, Çingiz Abdullayevin, Sabir Rüstəmxanlı və digər şəxslərin bu sırada olduqlatrını bildirib. E.Qaraxanoğlu bu il də Münsiflər Heyətinin qərarı ilə həmin mükafata AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik T.Kərimlinin və Folklor İnstitutunun direktoru akademik Muxtar  İmanovun layiq görüldütklərini bildirib və laureatları təbrik edib.

Mükafatları Mahmud Kaşqari adına Beynəlxalq Fondun Münsiflər Heyətinin üzvü, yazıçı Elçin Hüseynbəyli və E.Qaraxanoğlu təqdim edib.

         Tədbirin sonunda AMEA-nın Folklor İnstitutunun direktoru, akademik M.İmanov və Əlyazmalar İnstitutunun direktor  müavini, fil.ü.e.d. Aybəniz Kəngərli çıxış edərək Beynəlxalq Fondun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

 

       Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun İctimaiyyətlə Əlaqələr şöbəsi        


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib