Dərc edilib: 19-05-2018

https://www.nuh.az/15914-.html

ABŞ-da məktəbə silahlı hücum - 10 ölü var + Fotolar

19.05.2018 14:15:22

Dünya

ABŞ-ın Texas ştatının Qalveston bölgəsində Santa-Fe adlı liseyə silahlı hücum olub.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı iki nəfər məktəbdə 10 nəfəri ölüdürüb.

Həmçinin, aralarında 1 polisin olduğu bir neçə nəfər isə yaralanıb.

Lakin, qısa zamanda onları yaxalamaq mümkün olub. Həmin silahlıların məktəbin şagirdləri olduğu bildirilir.

Hücumla əlaqədar məktəbdən 1400-ə yaxın şagird təxliyyə edilib.

Qeyd edək ki, bu, ABŞ-da 2018-ci il ərzində məktəblərin silahlı hücuma məruz qalması ilə bağlı 22-ci hadisədir.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib