Dərc edilib: 20-05-2018

https://www.nuh.az/15926-.html

Məşhur rejissor gənc aktrisaya təcavüzdə ittiham olunur

20.05.2018 10:19:31

Maqazin

Fransalı rejissor, ssenarist və prodüser Lyuk Besson gənc aktrisaya təcavüz etməkdə ittiham edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Europe 1” mənbəyə istinadən məlumat yayıb.

Adı hallanmayan aktrisanın mayın 18-də polisə müraciət etdiyi bildirilir.

27 yaşlı aktrisanın sözlərinə görə, o, Bessonla Parisdə “Bristol” otelində görüşüb. Bir stəkan çay içdikdən sonra huşunu itirib. Aktrisa özünə gələndə təcavüzə məruz qaldığını anlayıb. Rejissor isə ona pul qoyaraq oteli tərk edib.

Bessonun vəkili bu ittihamı rədd edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib