Dərc edilib: 22-05-2018

https://www.nuh.az/15952-.html

Azərbaycanda dəhşətli qəza: iki hərbçimiz öldü

22.05.2018 16:04:14

Dünya

Bakıdan Beyləqana gedən "Mercedes” markalı avtomobil qəzaya düşüb.
Hadisə şahidlərinin anons.az-a verdiyi məlumata görə, qəza, Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində baş verib.
Qəza nəticəsində iki hərbiçi zabit dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb.
Dünyasını dəyişən zabitlərdən birinin Murad Muradov olduğu məlum olub. Digər şəxsin isə Muradın zabit yoldaşı olduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib