Dərc edilib: 06-06-2018

https://www.nuh.az/16075-.html

Ramin Hacılı ölkədən qaçarkən saxlanıldı

06.06.2018 13:14:37

İdman

Bu ilin iyunun 4-də  DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb.

"Qafqazinfo" DSX-yə istinadən xəbər verir ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar. 

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib. 

Saxlanılmış şəxslər barəsində Azərbaycan Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıl­ıb. 

Qeyd edək ki, R.Hacılı ABŞ-a getmək istəyən şəxslərə viza almaq üçün saxta sənəd hazırlamaqda təqsirli bilinib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə R.Hacılıya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və ölkədən çıxışına qadağa qoyulub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib