Dərc edilib: 06-06-2018

https://www.nuh.az/16081-.html

"Pojar"nı müdiri Baklda icra başçısı oldu

06.06.2018 17:02:43

Dünya

Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.
Məlumata görə, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.
Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib