Dərc edilib: 15-06-2018

https://www.nuh.az/16185-.html

Nazir qocalar evinə getdi

15.06.2018 22:15:00

Region

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdə iştirak edib, dövlət himayəsində yaşayan pensiya yaşına çatmış şəxslərlə görüşüb, onları təbrik edərək, xoş arzularını çatdırıb.

Nazir qeyd edib ki, sosial xidmət müəssisələrində, o cümlədən bu müəssisədə yaşayan 220 vətəndaşın hərtərəfli təminatı, rahat yaşayış şəraitinə malik olmaları üçün bütün işlər görülür. 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi 

NUH informasiya agentliyi səhifəsindən çap edilib