Dərc edilib: 16-06-2018

https://www.nuh.az/16188-.html

Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir

16.06.2018 10:57:52

Kriminal

Hacı Beyləqanskinin həbsindən sonra Moskvada Rövşən Lənkəranskiylə yaxınlığı ilə tanınan azərbaycanlı kriminal avtoritetlər arasında əməlli panika yaranıb. Hamı, hər an istintaqa çağrılacağından narahatdır.


Bu barədə Musavat.com-a Moskvadakı etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, mərhum Rövşən Lənkəranskinin Rusiyadakı “valisi”, onun yaxın qohumu Zaur Əhmədov artıq Moskvanı tərk edib.

Mənbənin dediyinə görə, Əhmədovun adı Hacı Beyləqanskiyə qarşı qaldırılmış cinayət işində hallanır. Məhz o, “Lotu Quli”nin Moskvaya atdığı “desantçı”lardan qorunmaq və vaxtıyla Lənkəranskinin nəzarəti altında olan obyekləri əlində saxlamaq üçün Beyləqanskini Moskvaya dəvət etmiş, ona zirehli maşın, çoxsaylı cangüdən və ev ayırmışdı.

Beyləqanski isə mayın 30-da Moskvada həbs edilib. O, silsilə qətllərdə ittiham olunur.

İyunun 18-də isə Dubayda “Lotu Quli”nin iştirakıyla bir sıra krminal avtoritetlərin toplantısı keçiriləcək.

“Sputnik”in yazdığına görə, toplantının əsas mövzusu “Avropadakı obşaka” kimin nəzarət etməsidir. Sırada isə 3 nəfərin adı hallanır: Giya Kutaisski, Merab Suxumski və “Lotu Quli”. Məlumata görə, Kutaisski Qulinin xeyrinə namizədlikdən çəkiləcək.

Amma o da sirr deyil ki, “Quli” Avropa “obşakına” nəzarəti ələ alsa belə, onun uğrunda başqa klanlarla amansız mübarizəyə başlayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib