Dərc edilib: 16-06-2018

https://www.nuh.az/16198-.html

MSK sədrinin qardaşı Xətainin icra başçısı olacaq

16.06.2018 17:56:09

Maraqlı

Bir neçə gün  əvvəl   Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı  Tariyel  Pənahovun  paytaxtın rayonlarından birinə icra başçısı təyin olunacağı barədə xəbər vermişdik. 


NUH.az-a daxil olan  məlumata görə, yaxın vaxtlarda Xətai  RİH-nin başçısı  Razim Məmmədov  vəzifəsindən azad ediləcək və  onu  MSK  sədrinin qardaşı  

əvz edəcək. 

Məlumat üçün  bildirək ki,  Tariyel Pənahov  hazırda Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktorudur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib