Dərc edilib: 16-06-2018

https://www.nuh.az/16202-.html

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırdı - Fotolar

16.06.2018 20:16:06

İdman

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb. 


 APA   verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel nəticəsində yolda olan “Mersedes” markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib