Dərc edilib: 19-06-2018

https://www.nuh.az/16214-.html

Azərbaycanda qəza: deputatın bacısı oğlu öldü

19.06.2018 12:16:28

Region

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
 
APA-nın  məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş” markalı "10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.
Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
"AzPolitika.info”ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib