Dərc edilib: 19-06-2018

https://www.nuh.az/16215-.html

Pambıq tarlasında yenə zəhərlənmə: onlarla işçi xəstəxanaya yerləşdirildi

19.06.2018 13:30:32

İqtisadiyyat

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

 report  xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

NUH informasiya agentliyi səhifəsindən çap edilib