Dərc edilib: 23-06-2018

https://www.nuh.az/16258-.html

Azərbaycanda dəhşət: Ayılar kəndə hücum etdi (VİDEO)

23.06.2018 10:04:39

İdman

Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib.

ARB   məlumat verir ki, bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundan qorumaqda çətinlik çəkirlər:
"Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki, mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.
Sakinlərin sözlərinə görə, son bir ayda 30-a yaxın iri buynuzlu mal-qara ayı hücumuna məruz qalıb. Son bir həftədə isə 8 baş iri buynuzlu heyvan ayıların qurbanına çevrilib. Ayıların öldürülməsi qanunla qadağan edildiyinə görə, sakinlər heç bir yerə müraciət etmədiklərini deyiblər.
Qeyd edək ki, sığorta şirkətləri vəhşi heyvanların öldürdüyü mal-qaraya görə pul ödəmədiyindən sakinlər maddi ziyanlarını qarşılaya bilmirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib