Dərc edilib: 23-06-2018

https://www.nuh.az/16267-.html

Bakının mərkəzində balkondan paltar asmaq qadağan edildi - Video

23.06.2018 23:32:00

Maqazin

Bakının Nərimanov rayon İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib.


 “Xəzər TV”  xəbər verir ki, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib ki, həmin tələb mərkəzi prospektlərdə yerləşən binaların sakinlərinə aiddir.

Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ vasitələr var və bunlardan istifadə şəhərdə xoşagəlməz görüntünün qarşısını almaqda daha effektli olar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib