Dərc edilib: 25-06-2018

https://www.nuh.az/16281-.html

Bakıda məşhur restoranın mühafizəçisi üç müştərini döydü

25.06.2018 13:24:16

Maraqlı

Bakıda KFC restoranlar şəbəkəsinin mühafizəçisi üç müştərini döyüb.
Open.az-ın əldə etdiyi məlumata görə, Abşeron rayon sakini Svetlana Hüseynova Səbail Rayon Polis İdarəsinə müraciət edərək iyunun 23-də İ.Səfərli küçəsində yerləşən KFC restoranında əri 41 yaşlı Ramil Hüseynovun, oğlu 16 yaşlı Orxanın və qohumu 23 yaşlı Edik Səmədovun həmin restoranın mühafizəçiləri tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib