Dərc edilib: 28-06-2018

https://www.nuh.az/16317-.html

Azərbaycanlı milyarder kosmos dövləti yaratdı: Ayda "Asqardiya" ölkəsi

28.06.2018 10:37:52

Günün sitatı

Əslən azərbaycanlı olan rusiyalı milyarder İqor Aşurbəyli yeni kosmik dövlət yaradıb.

 axar.az   xəbər verir ki, bu barədə məlumatı "Nyusvik” jurnalı yayıb. Jurnal yeni dövlətin adının Asqardiya olduğunu bildirib.
Asqardiya Yerdə hansısa əraziyə sahib olmasa da, artıq onun vətəndaşlığına sahib olmaq istəyən 200 min şəxsin olduğu açıqlanıb. Yeni dövlətin Ayda yaşayış məskənləri tikməsi planları olduğu vurğulanıb.
Yeni dövlətin özünün konstitusiyası, bayrağı, himni, seçilmiş nümayəndələri var. Asqardiyanın milli valyutası SOLAR kriptovalyutası hesab edilir.
Dövlətin yaradıcısı olan Aşurbəyli Asqardiyanın heç kimdən asılı olmayacağını elan edib:
"Biz Yerdən asılı olmayan ölkə yaradırıq. Bizim həmçinin Yerin asteroidlərdən müdafiə donanmamız da olacaq. Asqardiya dövlətdən daha çox, insanlığın inkişafında yeni addım olacaq. Kosmik məkan sonsuzdur. Kosmosda aparılan tədqiqatlar Homo Sapiensə (Ağıllı insan) imkan verəcək ki, öz növünü ölməz etsin”.
Qeyd edək ki, Asqardiya adı Skandinaviya əfsanələrindən birində yer alan səma şəhəri Asqarddan götürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib