Dərc edilib: 29-06-2018

https://www.nuh.az/16333-.html

Məhəbbət Vəliyeva təhsil nazirinin müavini oldu

29.06.2018 12:58:27

Günün sitatı

Təhsil nazirinə yeni müavin təyin edilib.
 
APA xəbərinə görə, müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub.
 
Qeyd edək ki, 1968-ci il təvəllüdlü M. Vəliyeva 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Keçmiş təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib