Dərc edilib: 30-06-2018

https://www.nuh.az/16345-.html

İsveçrə Gülnarənin 777 milyonunu Özbəkistana qaytarır

30.06.2018 10:46:22

Günün sitatı

Özbəkistan Baş Prokurorluğu eks-prezidentin qızı Gülnarə Kərimovaya məxsus dondurulmuş vəsaitlərin bir hissəsinin İsveçrədən geri qaytarılması üçün danışıqlara başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda İsveçrənin prokurorluq orqanları ilə bu məsələ ilə bağlı əməkdaşlıq edilir və yekun nəticə əldə olunanda ictimaiyyətə məlumat veriləcək. 

Qeyd edək ki, daha əvvəl “Azadlıq Radiosu”nun özbək xidməti məlumat vermişdi ki, İsveçrə hökuməti dondurulmuş pulların əsl sahibinin Özbəkistan olduğuna inanır və özbək hökumətində dəyişiklik həm hüquqi, həm də mənəvi olaraq ölkəyə pulların qaytarılmasına haqq verir. 

Qeyd edək ki, istintaqın versiyasına görə, Kərimova cinayət ortaqları ilə birgə 12 xarici ölkə ərazisində dəyəri 1,3 milyard dollar, 63,5 milyon avro, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank aktivlər leqallaşdırıb. 

İsveçrə ərazisində isə 777,8 milyon dollarlıq pul vəsaiti olduğu bildirilir. 

Dövlətə və vətəndaşlara vurduğu ümumi zərər isə 1,27 trilyon sum, 1,6 milyard dollar və 26, 1 milyon avrodur. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib