Dərc edilib: 30-06-2018

https://www.nuh.az/16349-.html

Azərbaycanda tanınmış işadamı qəza törətdi, yaralılar var

30.06.2018 11:39:12

Region

Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var.


 APA   xəbər verir ki, iyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətov idarə etdiyi “VAZ 21074” markalı, 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala-Muğanlı avtomobil yolunda idarəetmənin itirməsi səbəbindən maşın yolun sağ kənarındakı ağaclıq əraziyə girib.

Məlum hadisədən sonra sürücü Telman Həsrətov xəsarət almasa da, avtomobildə sərnişin qismində olan rayonun Muxax kənd sakinləri - 1991-ci il təvəllüdlü Xuraman Xaləddin qızı Əhmədova, 1986-cı il təvəllüdlü Ülviyyə Davud qızı Ömərova, 1962-ci il təvəllüdlü Şəmsiyyət Hacıəhməd qızı Ömərova və 1978-ci il təvəllüdlü Şəfa Məhəmməd qızı Şabanova aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar. 

MRX-dan bildirlib ki, xəsarət alanlardan Xuraman Əhmədovanın müalicəsi xəstəxanada aparılır. Digər üç nəfərin vəziyyəti yüngül olduğundan onalr xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Məlumatda bildirlir ki, Telman Həsrətov rayonda iş adamı kimi tanınır, “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri  və 2017-ci ilin payızında təsis edilmiş Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir. Qəza zamanı  avtomobilində olan qadınlar isə onun işçiləri olub. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib