Dərc edilib: 30-06-2018

https://www.nuh.az/16355-.html

Bakıda polis tabel silahı ilə özünü güllələdi

30.06.2018 17:20:33

İqtisadiyyat

Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib.

 “Ölkə.Az”  xəbər verir ki, polis işçisi Rüfət İsmayılov tabel silahı ilə özünü güllələyib. Hazırda yaralı Rüfət Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur.
İlkin araşdırmalar zamanı onun Nəsimi RPİ-nin əməkdaşı və rütbəcə leytenant olduğu məlum olub. Bundan başqa Rüfətin keçmiş polis rəisi, təqaüddə olan Vaqif İsmayılovun oğlu olduğu deyilir. 
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib