Dərc edilib: 01-07-2018

https://www.nuh.az/16360-.html

Türkiyədə uşağa təcavüz edənlər XƏDİM ediləcək - Hökumətdən açıqlama

01.07.2018 13:19:39

Dünya

Bir müddətdir Türkiyədə gündəmdə olan uşaq təcavüzçülərinin xədim edilməsi məsələsi bu yaxınlarda qanuniləşə bilər.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

Uşaqların təcavüzə uğramasını vəhşilik adlandıran B.Bozdağ bildirib ki, təöcavüzçülərə kimyəvi xədimetmə tətbiq olunacaq:

“Bu zamana qədər müxtəlif tədbirlə göğrdük. Qarşıdakı zamanda bunları yenidən nəzərdən keçirəcəyik və cəzaları ağırlaşdıracağıq. Kimyəvi xədim üsulu da icra ediləcək”.

Qeyd edək ki, kimyəvi xədim kimi tanınan üsul hər hansı cərrahi müdaxilə olmadan müxtəlif dərmanlar istifadə edilərək aparılır. Kimyəvi xədimliyə məruz qalan şəxsin testosteron hormonu azalır və cinsi istəyi sıfırlanır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib