Dərc edilib: 01-07-2018

https://www.nuh.az/16366-.html

Bakıda 120 ilin istilik rekordu qeydə alındı

01.07.2018 18:54:38

Günün sitatı

Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan Qaynarinfo-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb. Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41, 6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib