Dərc edilib: 03-07-2018

https://www.nuh.az/16389-.html

Bu gecə 18 nəfər liftdə qalıb

03.07.2018 12:06:48

Region

Bakıda gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən şəhər ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

"Qafqazinfo" FHN-nə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyatlar uğurla başa çatıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib