Dərc edilib: 03-07-2018

https://www.nuh.az/16391-.html

Gəncənin icra başçısı güllələndi

03.07.2018 22:17:27

Cəmiyyət

Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.

 

Oxu.az-ın   verdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub. Həmin şəxs artıq həbs edilib.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.

***

APA-nın məlumatına görə, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan silahlı şəxs hücum edib.
 
Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.
 
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.
  
Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.
 
Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib