Dərc edilib: 04-07-2018

https://www.nuh.az/16395-.html

İcra başçısını güllələyən şəxsin - Fotosu

04.07.2018 11:54:45

Cəmiyyət

Ötən axşam Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisi güllələnib.

“Qafqazinfo” xəbər verir ki, rəsmi qurumların yaydığı məlumata görə, icra başçısını güllələyən şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur.

Sosial şəbəkələrdə Y. Səfərovun pasportunun surəti paylaşılıb. Məlum olur ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və  Moskva şəhərində yaşayırmış. Azərbaycana gəlişinin səbəbinin də icra başçısına qarşı həyata keçirmək istədiyi plan olub. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib