Dərc edilib: 05-07-2018

https://www.nuh.az/16411-.html

Almaniya PYD-YPG-ni PKK-nın Suriya qolu kimi tanıdı

05.07.2018 16:43:15

Günün sitatı

Almaniya PYD-YPG terror təşkilatını PKK-nın Suriya qolu kimi tanıdığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ölkənin Konstitusiyanı Mühafizə Təşkilatının "Schleswig-Holstein" əyalət şöbəsinin internet saytında dərc edilən 138 səhifəlik hesabatda bu barədə məlumat yer alıb. Hesabatda Almaniyada fəaliyyət göstərən qeyri-qanuni təşkilatlar və terror qruplarının 2017-ci il fəaliyyəti diqqətə çəkilib. Sənəddə PYD-YPG PKK-ya yaxın qrup olduğu, PKK-nın 1993-cü ilin 22 noyabr tarixindən ölkədə qadağan edildiyi, Avropa İttifaqının bu təşkilatı 2002-ci ildə terror qrupu elan etdiyi bildirilir.
3 səhifədə Almaniyada terror təşkilatının 14 min 500 nəfər tərəfdarı olduğu, onlardan 700-ünün "Schleswig-Holstein" əyalətində yaşadığı, PKK-nın ölkənin 33 yerində təşviqat kampaniyası həyata keçirdiyi qeyd olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib