Dərc edilib: 06-07-2018

https://www.nuh.az/16422-.html

İlham Əliyev Meksikanın yeni prezidentini təbrik etdi

06.07.2018 18:40:55

Siyasət

Prezident İlham Əliyev Meksikanın yeni prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Hörmətli Andres Manuel Lopes Obrador,

Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib