Dərc edilib: 07-07-2018

https://www.nuh.az/16431-.html

Yazıçı Cəlil Cavanşir canlı yayımda damarlarını kəsdi

07.07.2018 18:55:33

Maraqlı

Yazar Cəlil Cavanşır "Facebook" sosial şəbəkəsində canlı yayımla çıxış edərək intihar edəcəyini söyləyib.  

 APA-nin   məlumatına görə, Cəlil Cavanşır bildirib ki, sosial şəbəkədəki dostlarına vida nitqi söyləyir. Bundan sonra o, sevgi,həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib.

Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin yazdığına görə, Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gəlib və qardaşını intihar cəhdindən yayındırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib