Dərc edilib: 08-07-2018

https://www.nuh.az/16441-.html

Günaybank-la bağlı Haqqin.az-ın sifarişçisi kimdir-Fuad Axundov

08.07.2018 18:55:02

İqtisadiyyat

Xeyli  müddətdir ki,  Haqqin.az  saytı  bank sferasında olan məlumatlı mənbəyə istinadən (? )   “Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun 100 milyon manata yaxın pulu mənimsəməsi barədə informasiya yayır. 

Bank  rəhbrəliyi isə  bunu  birmənalı olaraq  təkzib edir.

Buna baxmayaraq  Haqqin.az  saytı  əlində heç bir dəlil-sübut olmadan öz  dezinformasiyasını  davam etdirir. 

NUH.az-a  daxil olan məlumata görə, bu dezinformasiyanın yayılmasının sifarişçisi  Kapital Bankın keçmiş sədri  Fuad Axundovdur. 

Məlumat üçün  bildirək ki, Fuad Axundov  bank  sistemində külli  miqdarda  mənimsəmələrə  görə, 2001-ci ildə prezident  Heydər Əliyev tərəfindən  vəzifəsindən uzaqlaşdırılıb. 

Və hazırda  Türkiyədə Atom Stansiyası inşa edən “Rosatom” Konserninin Türkiyədəki “Akkuyu” layihəsinə rəhbərlik edir. 

Eynulla Fətullayevlə keçmiş bankiri  nə  birləşdirir ? 

Bu barədə  növbəti yazıda. 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib