Dərc edilib: 10-07-2018

https://www.nuh.az/16462-.html

Əliyev Ərdoğanı belə qarşıladı - “Çox istidir, hə?”+Video

10.07.2018 17:01:46

Siyasət

Prezident  İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə dövlət başçısı  Rəcəb Tayyip Ərdoğanı Zagulbadakı iqamətgahında qarşılayıb.

“Qafqazinfo” xəbər verir ki, ilk qarşılaşma liderlərin maraqlı dialoqu ilə diqqət çəkib. Belə ki, Türkiyə prezidentinə “hava çox istidir” deyə sual edən Əliyevə Ərdoğan “temperatur 40 dərəcəni keçdimi” deyərək sualla qarşılıq verib.

Rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək və geniş tərkibli görüşlər keçirmək üçün iqamətgaha yollanıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib