Dərc edilib: 11-07-2018

https://www.nuh.az/16469-.html

Emindən seçkilərə təsir etməsi ilə bağlı ittihamlara - Reaksiya

11.07.2018 13:55:55

Maqazin

Rusiyalı müğənni Emin Ağalarov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə təsir göstərməklə bağlı ittihamları cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, Ağalarov “Vice News” telekanalına müsahibəsində heç vaxt belə bir şeyə cəhd etmədiyini deyib:

“Çox qəribə səslənir. Məni Amerikadakı seçkilərə təsir etməkdə ittiham etdilər. Məni, Moskvada yaşayan, Azərbaycandan olan oğlanı. Ona görə ki, mən ABŞ prezidenti Donald Trampı şəxsən tanıyıram. Bu, kifayət qədər qəribə və gülünc ittihamdır”. 

Müğənni bildirib ki, 2013-cü ildə Rusiyada “Miss Kainat” müsabiqəsi keçirilən zaman Tramp Putini də yarışmaya dəvət etməyi təklif edib. Ağalarov qeyd edib ki, bu, Rusiya dövlət başçısının iş qrafikinə görə mümkün olmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib