Dərc edilib: 11-07-2018

https://www.nuh.az/16471-.html

İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi

11.07.2018 16:11:20

Maraqlı

Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.


 APA   xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib.

Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.

Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.

“Qafqazinfo” qeyd edir ki, Ə. Həbibbəyli millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib