Dərc edilib: 11-07-2018

https://www.nuh.az/16473-.html

Adnan Oktarın mülkləri müsadirə olundu

11.07.2018 16:58:25

Region

Bu gün səhər saatlarında həbs olunan Adnan Oktarın mülkləri müsadirə olunub.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.   


Bildirilib ki, Maliyyə Cinayətləri ilə Mübarizə Komitəsi tərəfindən Türkiyənin 4 əyalətində  əməliyyat aparılıb və Adnan Oktarın şirkətləri, obyetkləri nəzarətə götürülüb. 

Bunan əlavə, Oktarın iş yerində axtarışlar zamanı bəzi sənədlər də müsadirə edilib, evindən silahlar tapılıb. 

Xatırladaq ki, A. Oktarla yanaşı onun 235 tərəfdarı həbs olunub.  

O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib