Dərc edilib: 13-07-2018

https://www.nuh.az/16501-.html

Mübariz Mənsimov “Xəzər Lənkəran”dan danışdı

13.07.2018 17:22:03

Hadisə

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmasından sonra ilk dəfə bu barədə söz açıb.


“Qafqazinfo” xəbər verir ki, feysbuk hesabında paylaşım edən Mənsimov klubun hər zaman yaşayacağını bildirib: 

““Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib