Dərc edilib: 15-07-2018

https://www.nuh.az/16522-.html

İtaliya Prezidenti Azərbaycana gəlir

15.07.2018 10:40:06

Maraqlı

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək. "Report"un məlumatına görə, S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək. Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir. Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək. Səfər iyulun 19-da başa çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib